Skip to main content

Posts

Showing posts from 2020

Əmr şəkli: oxu! gəl bura!

Azərbaycan dilində feilin əmr şəkli məstər şəkilçisini atıb yerinə müvafiq şəxs sonluğu əlavə etməklə alınır: oxumaq - oxu, oxusun, oxuyaq. Amma Fars dilində oxşar qrammatik quruluşu feilin indiki zaman kökünün əvvəlinə "ب" [be] samiti əlavə etməklə düzəldilir: vurmaq zədən زدن Mən vurum/vuram Mən bezənəm من بزنم Sən vur To bezən تو بزن Sən vurasan To bezəni تو بزنی O vursun/vura U bezənəd او بزند Biz vuraq Ma bezanim ما بزنیم Siz vurunuz/vurasınız Şoma bezənid شما بزنید Onlar vursunlar/vuralar Anha bezənənd آنها بزنند qayıtmaq bərgəştən برگشتن qayıt bərgərd برگرد qayıtma bər nəgərd برنگرد Yuxarıdakı nümunələrə baxsaq görərik: Əmr şəklinin inkarını düzəltmək üçün "ب" [be] şəkilçisi "ن" [nə] ilə əvəz olunur. Düzəltmə feillərin əmr şəklini düzəltmək üçün feilə "ب" [be] əlavə etmək lazım deyil, sadəcə indiki zaman kökünü işlətmək kifayətdir. Düzəltmə feillərin əmr ...

İnkar +düzəltmə feillər

Fars dilində düzəltmə feillər feilin əvvəlinə foru, fəra, bər, dər şəkilçilərini əlavə etməklə düzəlir. Adətən bu cür feillərlə feilin kökü arasında əlaqəni tutmaq çətin olur: batmaq, dalmaq forurəftən فرو رفتن getmək rəftən رفتن çağırmaq fəraxandən فراخواندن oxumaq xandən خواندن rastlaşmaq bərxordən برخوردان yemək xordən خوردن çıxartmaq dəravərdən درآوردن gətirmək avərdən آوردن Düzəltmə feillərin indi zaman formasını düzəldərkən "mi" şəkilçisi sözdüzəldi şəkilçi ilə söz arasına girir: Mən Tehrandan qayıdıram Mən əz Tehran bərmigərdəm من از تهران برمی گردم Fars dilində inkar yaratmaq üçün feilin əvvəlinə "ن" samiti artırılır. İndiki zamanda olan feillərdə isə "mi" hissəciyinin önünə artırılır: Mən Tehrandan qayıtmıram Mən əz Tehran bərnemigərdəm من از تهران برنمی گردم O məni görmədi U məra nədid او مرا ندید Ürəyim nəsə yemək istəmir Deləm nemixahəd çizi bexorəd دلم نمی خواهد از خانه بیرون برود Sən hələ ev tapşırığını bitirməy...

-mış, -ıb: gəlmiş, gəlib

Azərbaycan dilində feilində kökünə -mış 4 və ya -ıb 4 şəkilçilərini əlavə edərək feilin nəqli keçmiş zamanını yaradırıq. Bunun Fars dilində qarşılığı feilin sonundan "ن" hərfini atıb "ه" əlavə etməklə düzəldilir. Bu üsulla təkcə feilin nəqli keçmişi deyil həm də  feili sifətlər düzəldilir. Mən yaz mış am Mən neveşt e əm من نوشته ام Sən yaz ıb san/yaz mış san To neveşt e i تو نوشته ای O yazıb/yazmışdır U neveşte əst او نوشته است Biz yazmışıq Ma neveşteim ما نوشته ایم Siz yazıbsınız/yazmışsınız Şoma neveşteid شما نوشته اید Onlar yazıblar/yazmışlar Anha neveşteənd آنها نوشته اند Feili sifət kimi işlənmə: sınmış qələm ğələm-e şekəste قلم شکسته keçmiş/keçən günlər ruzha-ye qozəşte روزهای گذشته oturmuş/oturan kişi mərd-e neşeste مرد نشسته Başqa nümunələr: Dünən sizə gəlmişdim Diruz be xane-ye şoma aməde budəm دیروز به خانه شما آمده بودم Deyilmiş sözlər həqiqət idi Hərfha-ye qofte vağei bud حرفها گفته واقعی بود Çox işləməkdən yorulu...

İndiki zaman + idi: gəlirdim, deyirdim

Bizim dilimizdə indiki zamanın hekayəti adlandırğımız bu qrammatik quruluşu Fars dilçiliyində bitməmiş keçmiş zaman adlandırırlar. Azərbaycan dilində bu [quruluşu indiki zaman + idi] düsturu ilə qururlar fars dilində isə [mi + keçmiş zaman] düsturu ilə. Mən gedirdim/gedərdim Mən mirəftəm من می رفتم Sən gedirdin/gedərdin To mirəfti تو می رفتی O gedirdi/gedərdi U mirəft او می رفت Biz gedirdik/gedərdik Ma mirəftim ما میرفتیم Siz gedirdiniz/gedərdiniz Şoma mirəftid شما می رفتید Onlar gedirdilər/gedərdilər Anha mirəftənd آنها می رفتند Fikir verdiyiniz kimi Fars dilindəki eyni quruluş Azərbaycan dilində iki mənaya tərcümə olunur: gəlirdim və gələrdim. Biz hər il dəniz kənarına gedərdik Ma hər sal be kenar-e dərya mirəftim ما هر سال به کنار دریا می رفتیم Ana m mənim üçün nağıl oxuyurdu Madər əm bəra yəm dastan mixand مادرم برایم داستان می خواند Onlar həyətdə söhbət edirdilər Anha dər həyat sohbət mikərdənd آنها در حیاط صحبت می کردند

İdi hissəciyi

Bud [بود] hissəciyi Azərbaycan dilinə "idi" kimi tərcümə olunur. Bu hissəcik həst[هست]/əst[است] hissəciyinin keçmiş zamanıdır. Bud hissəciyi də eynilə həst/əst hissəciyinin qəbul etdiyi şəxs sonluqlarını qəbul edərək cümlədə işlənir. Şəxs sonluqlarını xatırlamaq üçün Sadə cümlələr dərsinə nəzər salın. Mən həkim idim Mən pezeşk budəm من پزشک بودم Sən həkim idin To pezeşk budi تو پزشک بودی O həkim idi U pezeşk bud و پزشک بود Biz həkim idik Ma pezeşk budim ما پزش بودیم Siz həkim idiniz Şoma pezeşk budid شما پزشک بودید Onlar həkim idilər Anha pezeşk budənd آنها پزشک بودند İnkar Fars dilində inkar yaratmaq üçün ümumi olaraq "nə" [ن] inkar önşəkilçisini tətbiq edirlər. Belə ki, bud [بود]  hissəciyi  nəbud [نبود] olacaq və "deyil idi/deyildi" mənasını verəcək. Mən həkim deyil idim Mən pezeşk nəbudəm من پزشک نبودم Sən həkim deyil idin To pezeşk nəbudi تو پزشک نبودی O həkim deyil idi U pezeşk nəbud و پزشک نبود Biz həkim d...

İndiki zaman

Fars dilində feilləri indiki zamanda işlətmək üçün əvvəlcə gərək feilin indiki zaman kökünü tapaq. Feillərin indiki zaman kökünü ya bəzi qaydaları tətbiq etməklə, ya da lüğətlərdən axtarmaqla tapmaq olar. Fikir versəniz bu ingilis dilində feilin keçmiş zaman kökünü tapmaqla oxşardır, sadəcə fars dilində keçmiş yox indiki zaman üçün kök axtarırıq. Eynilə ingilis dilindəki kimi feillər qaydalı və qaydasız olur. Aşağıdakı cədvəldə bəzi feillər və onların indiki zaman kökləri verilib: tutmaq, almaq gir گیر gereftən گرفتن vermək dəh, deh ده dadən دادن istəmək xah خواه xastən خواستن görmək bin بین didən دیدن yemək, içmək xor خور xordən خوردن etmək kon کن kərdən کردن vurmaq zən زن zədən زدن getmək rəv, rou رو rəftən رفتن gəlmək a آ amədən آمدن gətirmək avər آور avərdən آوردن aparmaq bər بر bordən بردن yazmaq nevis نویس neveştən نوشتن düzəltmək saz ساز saxtən ساختن demək qu گو qoftən گفتن Yuxarıdakı cə...

Var | Daştən feili

"Var" sözü Azərbaycan dilində iki məna ifadə edir. Birinci məna bir əşyanın digər əşyaya sahibliyini ifadə edir, ikinci mənada isə hansısa bir əşyanın mövcudluğunu: Əlinin qələmi var. (Əli qələmin sahibidir) Səmada ulduzlar var. (Ulduzlar mövcuddur) Daştən feili Birinci mənada "var" fars dilində daştən(داشتن) feili ilə düzəlir. Daştən feili digər bütün feillər kimi şəxs sonluqlarını qəbul edərək işlənir: Mənim varım idi Mən daştəm من داشتم Sənin varın idi To daşti تو داشتی Onun var idi U daşt او داشت Bizim varımız idi Ma daştim ما داشتیم Sizin varınız idi Şoma daştid شما داشتید Onların varı idi Anha daştənd آنها داشتند Qeyd: Keçmiş zaman mövzusuna baxa bilərsiniz. Dar(دار) "Daştən" feilinin indi zaman kökü "dar" şəklində olur. Bu söz bizə Azərbaycan dilindən tanışdır: əmək dar , ev dar  və s. Mənim varımdır Mən darəm من دارم Sənin varındır To dari تو داری Onun...

Ədədlər: İkinci hissə

Fars dilində adi ədədlər aid olduqları sözdən əvvəl və izafəsiz işlənirlər: beş kitab پنج کتاب üç gün سه روز  Fars dilində mürəkkəb sayları  ifadə etmək üçün və sözündən istifadə olunur. Məsələn: əlli altı sözü, əlli və altı kimi, beş min yeddiyüz on beş sözü beş min və yeddi yüz və on beş kimi oxunur. 78 həftad o həşt هفتاد و هشت ۷۸ 106 səd o şeş صد و شش ۱۰۶ 215 devist o panzdəh دویست و پانزده ۲۱۵ 483 çəhar səd o həştad o se چهارصد و هشتاد و سه ۴۸۳ Sıra sayları Fars dilində sıra saylarını düzəltmək üçün sayın axırına om(ـم) və ya omin(ـمین) şəkilçisi artırırlar. Birinci şəkilçi ilə düzəlmiş sıra sayları başqa söz ilə birlikdə işləndikdə izafə tələb edir, ikinci şəkilçi ilə düzələn isə bizim dilimizdəki kimi sözün əvvəlində gələrək işlənir: beşinci gün ruz-e pəncom روز پنجم pəncomin ruz پنجمین روز on ikinci ay mah-e dəvazdəhom ماه دوازدهم dəvazdəhomin mah دوازدهمین ماه yeddinci planet səyyare-ye həftom سیاره هفتم hətom...

Ədədlər: Birinci hissə

Qeyd : Fars dilində ədədlər soldan sağa oxunur. Ədədləri başqa sözlərlə yanaşı işlətməyi və sıra saylarını öyrənmək üçün ədədlərlə bağlı ikinci dərsi oxuyun. 0 sefr صفر ۰ 1 yek یک ۱ 2 do دو ۲ 3 se سه ۳ 4 çəhar چهار ۴ 5 pənc پنج ۵ 6 şeş شش ۶ 7 həft هفت ۷ 8 həşt هشت ۸ 9 nəh نه ۹ 10 dəh ده ۱۰ 11 yazdəh یازده ۱۱ 12 dəvazdəh دوازده ۱۲ 13 sizdəh سیزده ۱۳ 14 çəhardəh چهارده ۱۴ 15 panzdəh پانزده ۱۵ 16 şanzdəh شانزده ۱۶ 17 həfdəh هفده ۱۷ 18 hecdəh هجده ۱۸ 19 nuzdəh نوزده ۱۹ 20 bist بیست ۲۰ 30 ...

Oxuma mətni

نام من آذر است. من اهل شیروان هستم. من سه سال پیش دبیرستان را تمام کردم و برای تحصیل در دانشگاه به باکو نقل مکان کردم. اکنون سه سال است که در باکو زندگی می کنم. باکو شهری بزرگ و شلوغ است. نام صمیمی ترین دوست من حسن است. حسن همکلاسی دانشگاه من است. او اهل لنکران است. حسن تابستان گذشته من را به لنکران دعوت کرد. ما پس از امتحانات تابستان به لنکران سفر کردیم. لنکران در جنوب شرق آذربایجان قرار دارد. ما به مدت ده روز در منزل مادر بزرگ حسن ماندیم. ما در لنکران به دریا رفتیم و در جنگل های تالش به گردش پرداختیم. من از بودن در لنکران لذت بردم. آن تابستان برا من  خیلی دلپذیر گذشت. Mətnin oxunuşu Nam-e mən Azər əst. Mən əhl-e Şirvan həstəm. Se sal piş dəbirestan ra təmam kərdəm o bəra-ye təhsil dər daneşqah be Baku nəğl-e məkan kərdəm. Əknun se sal əst ke dər Baku zendegi mikonəm. Baku şəhri bozorq o şoluğ əst. Nam-e səmimitərin dust-e mən Həsən əst. Həsən həmkelasi-ye daneşqah-e mən ast. U əhl-e Lənkəran əst. Həsən tabestan-e qozəşte mən ra be Lənkəran dəvət kərd. Ma pəs az em...