"Var" sözü Azərbaycan dilində iki məna ifadə edir. Birinci məna bir əşyanın digər əşyaya sahibliyini ifadə edir, ikinci mənada isə hansısa bir əşyanın mövcudluğunu:
- Əlinin qələmi var. (Əli qələmin sahibidir)
- Səmada ulduzlar var. (Ulduzlar mövcuddur)
Daştən feili
Birinci mənada "var" fars dilində daştən(داشتن) feili ilə düzəlir.
Daştən feili digər bütün feillər kimi şəxs sonluqlarını qəbul edərək işlənir:
| Mənim varım idi | Mən daştəm | من داشتم |
| Sənin varın idi | To daşti | تو داشتی |
| Onun var idi | U daşt | او داشت |
| Bizim varımız idi | Ma daştim | ما داشتیم |
| Sizin varınız idi | Şoma daştid | شما داشتید |
| Onların varı idi | Anha daştənd | آنها داشتند |
Qeyd: Keçmiş zaman mövzusuna baxa bilərsiniz.
Dar(دار)
"Daştən" feilinin indi zaman kökü "dar" şəklində olur. Bu söz bizə Azərbaycan dilindən tanışdır: əməkdar, evdar və s.
| Mənim varımdır | Mən darəm | من دارم |
| Sənin varındır | To dari | تو داری |
| Onun varıdır | U darəd | او دارد |
| Bizim varımızdır | Ma darim | ما داریم |
| Sizin varınızdır | Şoma darid | شما دارید |
| Onların varıdır | Anha darənd | آنها دارند |
Qeyd: Fars dilində feillər keçmiş zamanın üçüncü şəxsində (O) şəxs sonluğu qəbul etmir, lakin indiki zaman feilləri üçüncü şəxsdə "əd"(ـد) şəxs sonluğu qəbul edir.
Həst/əst
İkinci mənada "var" həst/əst hissəciyi vasitəsilə yaranır. Bu hissəciklə
Sadə cümlələr 2 dərsində tanış olmusunuz.
Nümunələr
| Mənim kitabım var | Mən ketab darəm | من کتاب دارم |
| Sənin maşının var idi | To maşin daşti | تو ماشین داشتی |
| Onların böyük evi var | Anha xane-ye bozorq darənd | آنها خانه بزرگ دارند |
| Mənim kitabım var | Yek qoldan ru-ye miz əst | یک گلدان روی میز است |
| Stəkanda su var | Ab dər livan həst | آب در لیوان هاست |
Comments
Post a Comment