Skip to main content

Ədədlər: İkinci hissə

Fars dilində adi ədədlər aid olduqları sözdən əvvəl və izafəsiz işlənirlər:

beş kitab پنج کتاب
üç gün سه روز 

Fars dilində mürəkkəb sayları  ifadə etmək üçün və sözündən istifadə olunur. Məsələn: əlli altı sözü, əlli və altı kimi, beş min yeddiyüz on beş sözü beş min və yeddi yüz və on beş kimi oxunur.

78 həftad o həşt هفتاد و هشت ۷۸
106 səd o şeş صد و شش ۱۰۶
215 devist o panzdəh دویست و پانزده ۲۱۵
483 çəhar səd o həştad o se چهارصد و هشتاد و سه ۴۸۳

Sıra sayları

Fars dilində sıra saylarını düzəltmək üçün sayın axırına om(ـم) və ya omin(ـمین) şəkilçisi artırırlar. Birinci şəkilçi ilə düzəlmiş sıra sayları başqa söz ilə birlikdə işləndikdə izafə tələb edir, ikinci şəkilçi ilə düzələn isə bizim dilimizdəki kimi sözün əvvəlində gələrək işlənir:

beşinci günruz-e pəncomروز پنجم
pəncomin ruzپنجمین روز
on ikinci aymah-e dəvazdəhomماه دوازدهم
dəvazdəhomin mahدوازدهمین ماه
yeddinci planetsəyyare-ye həftomسیاره هفتم
hətomin səyyareهفتمین سیاره
dördüncü otağın qapısıdər-e otağ-e çəharomدر اتاق چهارم
dər-e çəharomin otağدر چهارمین اتاق

Qeydlər

Birinci sözü əvəzinə əvvəlin(اولین), noxostin(نخستین) sözləri də işlənir.
İkinci və üçüncü sözlərinin yazılışı və oxunuşu istina təşkil edir və aşağıdakı kimi olur:
ikincidovvomدوم
dovvomin ruzدومین
üçüncüsevvomسوم
sevvominسومین

Comments