Bizim dilimizdə indiki zamanın hekayəti adlandırğımız bu qrammatik quruluşu Fars dilçiliyində bitməmiş keçmiş zaman adlandırırlar. Azərbaycan dilində bu [quruluşu indiki zaman + idi] düsturu ilə qururlar fars dilində isə [mi + keçmiş zaman] düsturu ilə.
Mən gedirdim/gedərdim | Mən mirəftəm | من می رفتم |
Sən gedirdin/gedərdin | To mirəfti | تو می رفتی |
O gedirdi/gedərdi | U mirəft | او می رفت |
Biz gedirdik/gedərdik | Ma mirəftim | ما میرفتیم |
Siz gedirdiniz/gedərdiniz | Şoma mirəftid | شما می رفتید |
Onlar gedirdilər/gedərdilər | Anha mirəftənd | آنها می رفتند |
Fikir verdiyiniz kimi Fars dilindəki eyni quruluş Azərbaycan dilində iki mənaya tərcümə olunur: gəlirdim və gələrdim.
Biz hər il dəniz kənarına gedərdik | Ma hər sal be kenar-e dərya mirəftim | ما هر سال به کنار دریا می رفتیم |
Anam mənim üçün nağıl oxuyurdu | Madərəm bərayəm dastan mixand | مادرم برایم داستان می خواند |
Onlar həyətdə söhbət edirdilər | Anha dər həyat sohbət mikərdənd | آنها در حیاط صحبت می کردند |
Comments
Post a Comment