Azərbaycan dilində feilin əmr şəkli məstər şəkilçisini atıb yerinə müvafiq şəxs sonluğu əlavə etməklə alınır: oxumaq - oxu, oxusun, oxuyaq. Amma Fars dilində oxşar qrammatik quruluşu feilin indiki zaman kökünün əvvəlinə "ب" [be] samiti əlavə etməklə düzəldilir:
vurmaq | zədən | زدن |
Mən vurum/vuram | Mən bezənəm | من بزنم |
Sən vur | To bezən | تو بزن |
Sən vurasan | To bezəni | تو بزنی |
O vursun/vura | U bezənəd | او بزند |
Biz vuraq | Ma bezanim | ما بزنیم |
Siz vurunuz/vurasınız | Şoma bezənid | شما بزنید |
Onlar vursunlar/vuralar | Anha bezənənd | آنها بزنند |
qayıtmaq | bərgəştən | برگشتن |
qayıt | bərgərd | برگرد |
qayıtma | bər nəgərd | برنگرد |
Yuxarıdakı nümunələrə baxsaq görərik:
- Əmr şəklinin inkarını düzəltmək üçün "ب" [be] şəkilçisi "ن" [nə] ilə əvəz olunur.
- Düzəltmə feillərin əmr şəklini düzəltmək üçün feilə "ب" [be] əlavə etmək lazım deyil, sadəcə indiki zaman kökünü işlətmək kifayətdir.
- Düzəltmə feillərin əmr şəklinin inkarını düzəltmək üçün "ن" [nə] inkar əlaməti köklə şəkilçi arasına artırılır (bər+nə+gərd).
Başqa nümunələr:
Yanımdan getmə/Məni tərk etmə | Əz pişəm nərou | از پیشم نرو |
Gəl bura | Biya inca | بیا اینجا |
Mən səni görmək istəmirəm [istəmirəm səni görəm] | Man nemixahəm to ra bebinəm | من نمی خواهم تو را ببینم |
De görüm burda nə işin var? | Bequ bebinəm inca çi kari dari? | بگو ببینم اینجا چی کاری دری؟ |
Mən kitabımı sənə vermədim ki, itirəsən. | Man ketabəm ra be to nədadəm ki qom koni | من کتابم را به تو ندادم که گم کنی |
Comments
Post a Comment