Fars dilində feillərin lüğət forması (məsdər) nun (ن) hərfi ilə bitir. Əgər biz bu hərfi yazıdan silsək həmin feil üçüncü şəxsin təkində keçmiş zaman ifadə edir. Məsələn:
رفتن (rəftən) feilindən nun hərfini silsək, o, رفت (rəft) şəklinə düşəcək və "getdi" mənasını verəcək. İndi isə "rəftən" feilin şəxs əvəzlikləri ilə birgə işlənməsini nəzərdən keçirək:
من رفتم | Mən rəftəm | Mən getdim |
تو رفتی | To rəfti | Sən getdin |
او رفت | U rəft | O getdi |
ما رفتیم | Ma rəftim | Biz getdik |
شما رفتید | Şoma rəftid | Siz getdiniz |
آنها رفتند | Anha rəftənd | Onlar getdilər |
Hər iki dildə verilmiş nümunələri müqayisə edib görə bilərik ki, Fars dilində sadəcə "ن" hərfini atmaqla keçmiş zaman düzəldə bildik, amma Azərbaycan dilində "mək" məsdər əlamətini atmaq feilin keçmiş zamanı yox əmr şəkli yaranır. Yalnız "-dı4" keçmiş zaman şəkilçisin artırdıqdan sonra keçmiş zaman şəklini ala bilirik. Verilmiş fərqlə yanaşı hər iki dildə ortaq xüsusiyyət kimi feilin keçmiş formasına şəxs sonluqları əlavə olunaraq onları şəxs əvəzlikləri ilə əlaqələndirilir.
Azərbaycan dilində olduğu kimi Fars dilində də danışarkən şəxs əvəzliklərini ötürsək, məna itməz. Yəni əgər "Mən rəftəm" "Mən getdim" deməkdirsə, elə "Rəftəm" də "Getdim" deməkdir.
من نان خریدم | Mən nan xəridəm | Mən çörək aldım |
ما انشا نوشتیم | Ma enşa neveştim | Biz inşa yazdıq |
تو قول دادی | To ğol dadi | Sən söz verdin |
پدر من آب خواست | Pedər e mən ab xast | Atam su istədi |
معلم یک پرسش پرسید | Moəllem yek porseş porsid | Müəllim bir sual soruşdu |
Lüğət
رفتن | rəftən | getmək |
نان | nan | çörək |
خریدن | xəridən | almaq |
نوشتن | neveştən | yazmaq |
قول دادن | ğol dadən | söz vermək |
دادن | dadən | vermək |
خواستن | xastən | istəmək |
پدر | pedər | ata |
پرسیدن | porsidən | soruşmaq |
پرسش | porseş | sual |
یک | yek | bir |
Məlumatlara görə təşəkkürlər.
ReplyDeleteGözəl izahdı
ReplyDeleteAllah razı olsun
ReplyDeleteSalam. Misallarda səhv var. "Ma" "Şoma" yerləri səhv yazılıb
ReplyDeletetəşəkkür. düzəltdik
Delete