Skip to main content

Posts

Showing posts with the label İzafə

İzafə - Yiyəlik hal və Sifətlərin işlənməsi

İzafə Fars dilində çox mühüm yer tutur. Belə ki, əgər Fars dilində yiyəlik-mənsubiyyət əlaqəsi (yiyəlik hal) və həmçinin sadə yanaşma əlaqəsi (sifət+isim) yaratmaq istəyirsinizsə, mütləq izafəyə müraciət etməli olacaqsınız. Mənsubiyyətin ifadəsi Azərbaycan dilində təqdim edəcəyimiz quruluşa ikinci və üçüncü növ təyini söz birləşmələri daxildir. Bu cür söz birləşmələrində iki tərəf olur. Bir tərəf sahib, digər tərəf isə onun sahib olduğu şeyi ifadə edir. Məsəl üçün, "Şagirdin gündəliyi" sözü birləşməsində "şagir" sahibdir, "gündəlik" isə onun sahib olduğu əşyasıdır. Burda bir şəxsin hansısa bir əşyanın sahib olması vacib deyil, əsas bir şeyin digər şeyə aid olmasıdır: "Dənizin sahili", "məktəb direktoru", "evin xanımı", "taleyin oyunları" və s. İndi burda fikir veməli olduğumuz bir məsələ var, Azərbaycan dilində sahiblik bildirən söz birləşmənin birinci tərəfində, onun sahib olduğu şey isə ikinci tərəfində gəlir...