Skip to main content

Posts

Showing posts with the label Çıxışlıq hal

Qoşmalar - Dər, Əz, Be, Ba, Ra

Daha əvvəl öyrəndik ki, Fars dilində yiyəlik hal və mənsubiyyət izafələrin köməkliyi ilə yaranır. Bu dildə yönlük, yerlik, çıxışlıq və təsirlik hallar qoşmaların köməkliyi ilə yaranır və bu qoşmalar sözə  birləşmədən yazılır. Dərsin adında da verilmiş bu qoşmalardan birinci dördü (dər, əz, be, ba) aid olduqları sözdən əvvəl, sonuncusu (ra) isə aid olduğu sözdən sonra yazılır. Dər (در) qoşması Dər qoşması özündən sonra gələn sözə yerlik hal mənası qatır. Azərbaycan dilində dər qoşmasının qarşılığı "-da, -də" yerlik hal şəkilçiləri ola bilər. من الان در باکو هستم  mən əlan dər baku həstəm  Mən indi Bakı da yam علی در خانه خود مند  əli dər xane ye xod mand  Əli öz ev in də qaldı Əz (از) qoşması Əz qoşması özündən sonra gələn sözü çıxışlıq hala salır və Azərbaycan dilində qarşılığı "-dan,-dən" çıxışlıq hal şəkilçiləri ola bilər. کریم از خانه بیرون رفت  kərim əz xane birun rəft  Kərim ev dən çıxdı برادر من از سفر برگشت ...