Skip to main content

Posts

Showing posts with the label gələcək zaman

Gələcək zaman

Fars dilində də Azərbaycan dilində olduğu kimi qeyri-müəyyən və qəti gələcək zaman mövcuddur. Azərbaycan dilində qeyri-müəyyən gələcək zaman -ar 2 şəkilçisi ilə, qəti gələcək zaman isə -acaq 2 şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən gələcək zamana nümunə: gələrəm, oxuyarsan, danışarsınız. Qəti gələcək zamana nümunə: gələcəksən, oxuyacaqsan, danışacaqsınız. Fars dilində qeyri-müəyyən gələcək zamanın quruluşu indiki zamanın quruluşu ilə eynilik təşkil edir. Bu iki zamanı yalnız cümlə daxilində bir-birində fərqləndirmək olar. Əgər indiki zamanla bağlı dərslərimizi oxusanız, eyni feilin tərcüməsini hər iki zamanda verdiyimizi görə bilərsiniz. Həmin dərslərə keçidlər: İndiki zaman  və  İndiki zaman + idi: gəlirdim, deyirdim . Bu dərsdə qəti gələcək zamanı öyrənəcəyik. Fars dilində qəti gələcək zamanlı cümlələr  خواستن [xastən] - istəmək feilinin köməyi ilə qurulur. Qəti gələcək zaman qurmaq üçün   خواستن [xastən]  feilinin indiki zaman kökü خواه [xah] uyğun şəx...

İndiki zaman

Fars dilində feilləri indiki zamanda işlətmək üçün əvvəlcə gərək feilin indiki zaman kökünü tapaq. Feillərin indiki zaman kökünü ya bəzi qaydaları tətbiq etməklə, ya da lüğətlərdən axtarmaqla tapmaq olar. Fikir versəniz bu ingilis dilində feilin keçmiş zaman kökünü tapmaqla oxşardır, sadəcə fars dilində keçmiş yox indiki zaman üçün kök axtarırıq. Eynilə ingilis dilindəki kimi feillər qaydalı və qaydasız olur. Aşağıdakı cədvəldə bəzi feillər və onların indiki zaman kökləri verilib: tutmaq, almaq gir گیر gereftən گرفتن vermək dəh, deh ده dadən دادن istəmək xah خواه xastən خواستن görmək bin بین didən دیدن yemək, içmək xor خور xordən خوردن etmək kon کن kərdən کردن vurmaq zən زن zədən زدن getmək rəv, rou رو rəftən رفتن gəlmək a آ amədən آمدن gətirmək avər آور avərdən آوردن aparmaq bər بر bordən بردن yazmaq nevis نویس neveştən نوشتن düzəltmək saz ساز saxtən ساختن demək qu گو qoftən گفتن Yuxarıdakı cə...