Skip to main content

Posts

Showing posts with the label Şəxs sonluqları

İdi hissəciyi

Bud [بود] hissəciyi Azərbaycan dilinə "idi" kimi tərcümə olunur. Bu hissəcik həst[هست]/əst[است] hissəciyinin keçmiş zamanıdır. Bud hissəciyi də eynilə həst/əst hissəciyinin qəbul etdiyi şəxs sonluqlarını qəbul edərək cümlədə işlənir. Şəxs sonluqlarını xatırlamaq üçün Sadə cümlələr dərsinə nəzər salın. Mən həkim idim Mən pezeşk budəm من پزشک بودم Sən həkim idin To pezeşk budi تو پزشک بودی O həkim idi U pezeşk bud و پزشک بود Biz həkim idik Ma pezeşk budim ما پزش بودیم Siz həkim idiniz Şoma pezeşk budid شما پزشک بودید Onlar həkim idilər Anha pezeşk budənd آنها پزشک بودند İnkar Fars dilində inkar yaratmaq üçün ümumi olaraq "nə" [ن] inkar önşəkilçisini tətbiq edirlər. Belə ki, bud [بود]  hissəciyi  nəbud [نبود] olacaq və "deyil idi/deyildi" mənasını verəcək. Mən həkim deyil idim Mən pezeşk nəbudəm من پزشک نبودم Sən həkim deyil idin To pezeşk nəbudi تو پزشک نبودی O həkim deyil idi U pezeşk nəbud و پزشک نبود Biz həkim d...

Feillər - Keçmiş zaman

Fars dilində feillərin lüğət forması (məsdər) nun (ن) hərfi ilə bitir. Əgər biz bu hərfi yazıdan silsək həmin feil üçüncü şəxsin təkində keçmiş zaman ifadə edir. Məsələn: رفتن (rəftən) feilindən nun hərfini silsək, o, رفت (rəft) şəklinə düşəcək və "getdi" mənasını verəcək. İndi isə "rəftən" feilin şəxs əvəzlikləri ilə birgə işlənməsini nəzərdən keçirək: من رفتم  Mən rəftəm  Mən getdim تو رفتی  To rəfti  Sən getdin او رفت  U rəft  O getdi ما رفتیم  Ma rəftim  Biz getdik شما رفتید  Şoma rəftid  Siz getdiniz آنها رفتند  Anha rəftənd  Onlar getdilər Hər iki dildə verilmiş nümunələri müqayisə edib görə bilərik ki, Fars dilində sadəcə "ن" hərfini atmaqla keçmiş zaman düzəldə bildik, amma Azərbaycan dilində "mək" məsdər əlamətini atmaq feilin keçmiş zamanı yox əmr şəkli yaranır. Yalnız "-dı 4 " keçmiş zaman şəkilçisin artırdıqdan sonra keçmiş zaman şəklini ala bilirik. Verilmiş fərqlə yanaşı hər iki dildə ortaq xüsusiyy...

Sadə cümlələr

Farsca sadə cümlələr qura bilmək üçün başlıca olaraq iki şeyi bilməliyik: şəxs əvəzlikləri və həst(هست) hissəciyidir. Şəxs əvəzlikləri aşağıdakı kimidir: Yazılış Oxunuş Məna من mən mən تو to sən او u o وی vey o ما ma biz شما şoma siz آنها anha onlar ایشان işan onlar Bu əvəzliklər cədvəli üçün bir vacib qeyd var ki, 3-cü şəxsin təki və cəmindəki "vey" və "işan" əvəzlikləri rəsmi dildə və yalnız insanlar üçün işlədilir. "Həst" hissəciyi "Mən müəlliməm", "Sən həkimsən" tipində ismi cümlələr qurmaq üçün işlədilir. Əgər İngilis dili ilə tanışsınızsa, bu həmin dildəki "to be" feili ilə eyni funksiyanı icra edir. "Həst" hissəciyini cümlədə işlədə bilmək üçün Fars dilinin şəxs sonluqları ilə tanış olmalısınız: tək cəm I şəxs ـم əm ـیم im II şəxs ـی i ـید id III şəxs - - اند ənd Bu dərsdə verilən materialla yaxşıca tanış olduqdan sonra növbəti dərsə başlaya bilərsiniz.