Skip to main content

Feillər - Keçmiş zaman

Fars dilində feillərin lüğət forması (məsdər) nun (ن) hərfi ilə bitir. Əgər biz bu hərfi yazıdan silsək həmin feil üçüncü şəxsin təkində keçmiş zaman ifadə edir. Məsələn:رفتن (rəftən) feilindən nun hərfini silsək, o, رفت (rəft) şəklinə düşəcək və "getdi" mənasını verəcək. İndi isə "rəftən" feilin şəxs əvəzlikləri ilə birgə işlənməsini nəzərdən keçirək:

من رفتم Mən rəftəm Mən getdim
تو رفتی To rəfti Sən getdin
او رفت U rəft O getdi
ما رفتیم Ma rəftim Biz getdik
شما رفتید Şoma rəftid Siz getdiniz
آنها رفتند Anha rəftənd Onlar getdilər

Hər iki dildə verilmiş nümunələri müqayisə edib görə bilərik ki, Fars dilində sadəcə "ن" hərfini atmaqla keçmiş zaman düzəldə bildik, amma Azərbaycan dilində "mək" məsdər əlamətini atmaq feilin keçmiş zamanı yox əmr şəkli yaranır. Yalnız "-dı4" keçmiş zaman şəkilçisin artırdıqdan sonra keçmiş zaman şəklini ala bilirik. Verilmiş fərqlə yanaşı hər iki dildə ortaq xüsusiyyət kimi feilin keçmiş formasına şəxs sonluqları əlavə olunaraq onları şəxs əvəzlikləri ilə əlaqələndirilir.
Azərbaycan dilində olduğu kimi Fars dilində də danışarkən şəxs əvəzliklərini ötürsək, məna itməz. Yəni əgər "Mən rəftəm" "Mən getdim" deməkdirsə, elə "Rəftəm" də "Getdim" deməkdir.

من نان خریدم Mən nan xəridəm Mən çörək aldım
ما انشا نوشتیم Ma enşa neveştim Biz inşa yazdıq
تو قول دادی To ğol dadi Sən söz verdin
پدر من آب خواست Pedər e mən ab xast Atam su istədi
معلم یک پرسش پرسید Moəllem yek porseş porsid Müəllim bir sual soruşdu


Lüğət


رفتنrəftəngetmək
نانnançörək
خریدنxəridənalmaq
نوشتنneveştənyazmaq
قول دادنğol dadənsöz vermək
دادنdadənvermək
خواستنxastənistəmək
پدرpedərata
پرسیدنporsidənsoruşmaq
پرسشporseşsual
یکyekbir

Comments

Post a Comment