Fars dilində feilləri indiki zamanda işlətmək üçün əvvəlcə gərək feilin indiki zaman kökünü tapaq. Feillərin indiki zaman kökünü ya bəzi qaydaları tətbiq etməklə, ya da lüğətlərdən axtarmaqla tapmaq olar. Fikir versəniz bu ingilis dilində feilin keçmiş zaman kökünü tapmaqla oxşardır, sadəcə fars dilində keçmiş yox indiki zaman üçün kök axtarırıq. Eynilə ingilis dilindəki kimi feillər qaydalı və qaydasız olur. Aşağıdakı cədvəldə bəzi feillər və onların indiki zaman kökləri verilib:
tutmaq, almaq | gir | گیر | gereftən | گرفتن |
vermək | dəh, deh | ده | dadən | دادن |
istəmək | xah | خواه | xastən | خواستن |
görmək | bin | بین | didən | دیدن |
yemək, içmək | xor | خور | xordən | خوردن |
etmək | kon | کن | kərdən | کردن |
vurmaq | zən | زن | zədən | زدن |
getmək | rəv, rou | رو | rəftən | رفتن |
gəlmək | a | آ | amədən | آمدن |
gətirmək | avər | آور | avərdən | آوردن |
aparmaq | bər | بر | bordən | بردن |
yazmaq | nevis | نویس | neveştən | نوشتن |
düzəltmək | saz | ساز | saxtən | ساختن |
demək | qu | گو | qoftən | گفتن |
Yuxarıdakı cədvəldəki feillər fars dilində olduqca işləkdir. Yaxşı olar ki, hamısını əzbərləyəsiniz.
İndiki zamanı formalaşdırmaq üçün bu qaydanı tətbiq etdin: mi + kök + şəxs əvəzliyi.
Mən vururam/vuraram | Mən mizənəm | می زنم |
Sən vurursan/vurarsan | To mizəni | تو می زنی |
O vurur/vurar | U mizənəd | و می زند |
Biz vururuq/vurarıq | Ma mizənim | ما می زنیم |
Siz vurursunuz/vurarsınız | Şoma mizənid | شما می زنید |
Onlar vururlar/vurarlar | Anha mizənənd | آنها می زنند |
Gördüyünüz kimi fars dilində indiki zamanla qeyri-qəti gələcək eynilik təşkil edir.
Nümunələr
Hər axşam ona məktub yazıram | Hər şəb be u name minevisəm | هر شب به و نامه می نویسم |
Onlar Bakıda yaşayırlar | Anha dər Baku zendegi mikonənd | آنها در باکو زندگی می کنند |
Sənə sonra zəng vuraram | Bədən be to zəng mizənəm | بعداً به تو زنگ میزنم |
Mənim kiçik qardaşım məktəbə gedir | Bəradər-e kuçək-e mən be mədrəse mirəvəd | برادر کوچک من به مدرسه میرود |
Dərsdən sonra kinoya gedərik | Bəd əz kelas be sinema mirəvim | باد از کلاس به سینما میرویم |
Kitablardan xoşum gəlir | Əz ketabha xoşəm miayəd | از کتاب ها خوشم می آید |
Ellerine sağlık👍👍
ReplyDeleteSuper
ReplyDeleteTəşəkkür mikonəm 🙏🏻
ReplyDelete