Skip to main content

İndiki zaman

Fars dilində feilləri indiki zamanda işlətmək üçün əvvəlcə gərək feilin indiki zaman kökünü tapaq. Feillərin indiki zaman kökünü ya bəzi qaydaları tətbiq etməklə, ya da lüğətlərdən axtarmaqla tapmaq olar. Fikir versəniz bu ingilis dilində feilin keçmiş zaman kökünü tapmaqla oxşardır, sadəcə fars dilində keçmiş yox indiki zaman üçün kök axtarırıq. Eynilə ingilis dilindəki kimi feillər qaydalı və qaydasız olur. Aşağıdakı cədvəldə bəzi feillər və onların indiki zaman kökləri verilib:

tutmaq, almaqgir گیر gereftənگرفتن
verməkdəh, dehدهdadənدادن
istəməkxah خواهxastənخواستن
görməkbinبینdidənدیدن
yemək, içməkxor خورxordənخوردن
etməkkonکنkərdənکردن
vurmaq zən زن zədən زدن
getmək rəv, rou رو rəftən رفتن
gəlmək a آ amədən آمدن
gətirmək avər آور avərdən آوردن
aparmaq bər بر bordən بردن
yazmaq nevis نویس neveştən نوشتن
düzəltmək saz ساز saxtən ساختن
demək qu گو qoftən گفتن

Yuxarıdakı cədvəldəki feillər fars dilində olduqca işləkdir. Yaxşı olar ki, hamısını əzbərləyəsiniz.
İndiki  zamanı formalaşdırmaq üçün bu qaydanı tətbiq etdin: mi + kök + şəxs əvəzliyi.

Mən vururam/vuraram Mən mizənəm می زنم
Sən vurursan/vurarsan To mizəni تو می زنی
O vurur/vurar U mizənəd و می زند
Biz vururuq/vurarıq Ma mizənim ما می زنیم
Siz vurursunuz/vurarsınız Şoma mizənid شما می زنید
Onlar vururlar/vurarlar Anha mizənənd آنها می زنند

Gördüyünüz kimi fars dilində indiki zamanla qeyri-qəti gələcək eynilik təşkil edir.

Nümunələr


Hər axşam ona məktub yazıram Hər şəb be u name minevisəm هر شب به و نامه می نویسم
Onlar Bakıda yaşayırlar Anha dər Baku zendegi mikonənd آنها در باکو زندگی می کنند
Sənə sonra zəng vuraram Bədən be to zəng mizənəm بعداً به تو زنگ میزنم
Mənim kiçik qardaşım məktəbə gedir Bəradər-e kuçək-e mən be mədrəse mirəvəd برادر کوچک من به مدرسه میرود
Dərsdən sonra kinoya gedərik Bəd əz kelas be sinema mirəvim باد از کلاس به سینما میرویم
Kitablardan xoşum gəlir Əz ketabha xoşəm miayəd از کتاب ها خوشم می آید

Comments

Post a Comment