Bud [بود] hissəciyi Azərbaycan dilinə "idi" kimi tərcümə olunur. Bu hissəcik həst[هست]/əst[است] hissəciyinin keçmiş zamanıdır. Bud hissəciyi də eynilə həst/əst hissəciyinin qəbul etdiyi şəxs sonluqlarını qəbul edərək cümlədə işlənir. Şəxs sonluqlarını xatırlamaq üçün
Sadə cümlələr dərsinə nəzər salın.
Mən həkim idim | Mən pezeşk budəm | من پزشک بودم |
Sən həkim idin | To pezeşk budi | تو پزشک بودی |
O həkim idi | U pezeşk bud | و پزشک بود |
Biz həkim idik | Ma pezeşk budim | ما پزش بودیم |
Siz həkim idiniz | Şoma pezeşk budid | شما پزشک بودید |
Onlar həkim idilər | Anha pezeşk budənd | آنها پزشک بودند |
İnkar
Fars dilində inkar yaratmaq üçün ümumi olaraq "nə" [ن] inkar önşəkilçisini tətbiq edirlər. Belə ki, bud [بود] hissəciyi nəbud [نبود] olacaq və "deyil idi/deyildi" mənasını verəcək.
Mən həkim deyil idim | Mən pezeşk nəbudəm | من پزشک نبودم |
Sən həkim deyil idin | To pezeşk nəbudi | تو پزشک نبودی |
O həkim deyil idi | U pezeşk nəbud | و پزشک نبود |
Biz həkim deyil idik | Ma pezeşk nəbudim | ما پزش نبودیم |
Siz həkim deyil idiniz | Şoma pezeşk nəbudid | شما پزشک نبودید |
Onlar həkim deyil idilər | Anha pezeşk nəbudənd | آنها پزشک نبودند |
Salam.
ReplyDeleteƏleykum salam.
Delete