Skip to main content

İdi hissəciyi

Bud [بود] hissəciyi Azərbaycan dilinə "idi" kimi tərcümə olunur. Bu hissəcik həst[هست]/əst[است] hissəciyinin keçmiş zamanıdır. Bud hissəciyi də eynilə həst/əst hissəciyinin qəbul etdiyi şəxs sonluqlarını qəbul edərək cümlədə işlənir. Şəxs sonluqlarını xatırlamaq üçün Sadə cümlələr dərsinə nəzər salın.

Mən həkim idim Mən pezeşk budəm من پزشک بودم
Sən həkim idin To pezeşk budi تو پزشک بودی
O həkim idi U pezeşk bud و پزشک بود
Biz həkim idik Ma pezeşk budim ما پزش بودیم
Siz həkim idiniz Şoma pezeşk budid شما پزشک بودید
Onlar həkim idilər Anha pezeşk budənd آنها پزشک بودند

İnkar
Fars dilində inkar yaratmaq üçün ümumi olaraq "nə" [ن] inkar önşəkilçisini tətbiq edirlər. Belə ki, bud [بود]  hissəciyi  nəbud [نبود] olacaq və "deyil idi/deyildi" mənasını verəcək.

Mən həkim deyil idim Mən pezeşk nəbudəm من پزشک نبودم
Sən həkim deyil idin To pezeşk nəbudi تو پزشک نبودی
O həkim deyil idi U pezeşk nəbud و پزشک نبود
Biz həkim deyil idik Ma pezeşk nəbudim ما پزش نبودیم
Siz həkim deyil idiniz Şoma pezeşk nəbudid شما پزشک نبودید
Onlar həkim deyil idilər Anha pezeşk nəbudənd آنها پزشک نبودند

Comments

Post a Comment