Əvvəlki dərsdə Fars dilinin şəxs əvəzlikləri və onların hər birinə uyğun şəxs sonluqları ilə tanış oldunuz. İndi isə cümlə qurmağa başlaya bilərik:
Mən tələbəyəm | Mən daneşcu həstəm | من دانشجو هستم |
Sən tələbəsən | To daneşcu həsti | تو دانشجو هستی |
O tələbədir | O daneşcu əst | او دانشجو است |
Biz tələbəyik | Ma daneşcu həstim | ما دانشجو هستیم |
Siz tələbəsiniz | Şoma daneşcu həstid | شما دانشجو هستید |
Onlar tələbədirlər | Anha daneşcu həstənd | آنها دانشجو هستند |
Biz dostuq | Ma dust həstim | ما دوست هستیم |
Onlar şaddırlar | Anha xoşhal həstənd | آنها خوشحال هستند |
Sən gözəlsən | To ziba həsti | تو زیبا هستی |
Siz haradasınız? | Şoma koja həstid? | شما کجا هستید؟ |
O ağac çox hündürdür | An derəxt xeyli bolənd əst | ان درخت خیلی بلند است |
Sizinlə yuxarıdakı nümunəni araşdırsaq görə bilərik ki,
- Fars və Azərbaycan dillərində cümlədə söz sırası eynidir
- Hər iki dildə xəbərə mənsubiyyət şəkilçiləri əlavə olunub (yaşıl rəngdə)
- Fars dilində fərqli olaraq şəxs sonluqları birbaşa ismi xəbərə birləşmir, əvəzində həst hissəciyinə birləşir.
- Sonuncu nümunəyə fikir verin. Cümlə həst ilə deyil əst ilə bitib. Çünki 3-cü şəxsdə həst əvəzinə əst işlənir.
Qeyd: Həst və əst hissəciklərinin inkar forması nist [نیست] hissəciyidir və bu söz Azərbaycan dilinə "deyil" kimi tərcümə olunur.
Mən yalançı deyiləm | Mən doruğqu nistəm | من دروغگو نیستم |
Sən yalançı deyilsən | To doruğqu nisti | تو دروغگو نیستی |
O yalançı deyil | U doruğqu nist | او دروغگو نیست |
Biz yalançı deyilik | Ma doruğqu nistim | ما دروغگو نیستیم |
Siz yalançı deyilsiniz | Şoma doruğqu nistid | شما دروغگو نیستید |
Onlar yalançı deyillər | Anha doruğqu nistənd | آنها دروغگو نیستند |
O tələbə deyil | U daneşcu nist | او دانشجو نیست |
Lüğət
دوست | dust | dost |
دانشجو | daneşcu | tələbə |
زیبا | ziba | gözəl |
خوشحال | xoşhal | şad, xoşhal |
کجا | koca | hara, harada |
آن | an | o (işarə əvəzliyi) |
درخت | derəxt | ağac |
بلند | bolənd | hündür, uca |
تشکرمیکنم
ReplyDelete3cü şəxsin təkindən sonraki əvəzliklərə diqqət edin
ReplyDeleteTəşəkkürlər. Diqqətimdən yayınıb.
Delete