Daha əvvəl öyrəndik ki, Fars dilində yiyəlik hal və mənsubiyyət izafələrin köməkliyi ilə yaranır. Bu dildə yönlük, yerlik, çıxışlıq və təsirlik hallar qoşmaların köməkliyi ilə yaranır və bu qoşmalar sözə birləşmədən yazılır. Dərsin adında da verilmiş bu qoşmalardan birinci dördü (dər, əz, be, ba) aid olduqları sözdən əvvəl, sonuncusu (ra) isə aid olduğu sözdən sonra yazılır.
Dər (در) qoşması
Dər qoşması özündən sonra gələn sözə yerlik hal mənası qatır. Azərbaycan dilində dər qoşmasının qarşılığı "-da, -də" yerlik hal şəkilçiləri ola bilər.
من الان در باکو هستم | mən əlan dər baku həstəm | Mən indi Bakıdayam |
علی در خانه خود مند | əli dər xane ye xod mand | Əli öz evində qaldı |
Əz (از) qoşması
Əz qoşması özündən sonra gələn sözü çıxışlıq hala salır və Azərbaycan dilində qarşılığı "-dan,-dən" çıxışlıq hal şəkilçiləri ola bilər.
کریم از خانه بیرون رفت | kərim əz xane birun rəft | Kərim evdən çıxdı |
برادر من از سفر برگشت | bəradər e mən əz səfər bərgəşt | Qardaşım səfərdən qayıtdı |
Be (به) qoşması
Be qoşması özündən sonrakı sözü yönlük hala salır və Azərbaycan dilində qarşılığı "-a,-ə" yönlük hal şəkilçiləri ola bilər.
به حرف های من گوش بده | be hərf ha ye mən quş bedəh | Mənim sözlərimə qulaq as |
آنها همه به پارک رفتند | Anha həme be park rəftənd | Onlar hamısı parka getdilər |
Ba (با) qoşması
Ba qoşması birgəlik və vasitə mənası verir və Azərbaycan dilindəki "ilə, -la, -lə" qoşması eyni mənaya malikdir, lakin aid olduğu sözdən əvvəl gəlir.
من با خواهرم درس خواندم | mən ba xahərəm dərs xandəm | Mən bacımla dərs oxudum |
زندگی با تو خوش است | zendegi ba to xoş əst | Həyat səninlə xoşdur |
Ra (را) qoşması
Ra qoşması əvvəlki qoşmalardan fərqli olaraq aid olduğu sözdən sonra gəlir və həmin sözü təsirlik hala salır. Ra qoşmasının Azərbaycan dilindəki qarşılığı "-ı, -i, -u, -ü" təsirlik hal şəkilçisidir.
من تو را دوست دارم | mən to ra dust darəm | Mən səni sevirəm |
من لیوان را شکستم | mən livan ra şekəstəm | Mən stəkanı sındırdım |
Lüğət
الان | əlan | indi, hazırda |
خود | xod | öz |
ماندن | mandən | qalmaq |
بیرون رفتن | birun rəftən | (çölə) çıxmaq |
برادر | bəradər | qardaş |
برگشتن | bərgəştən | qayıtmaq |
حرف | hərf | söz |
گوش دادن | quş dadən | qulaq asmaq |
خواهر | xahər | bacı |
خواندن | xandən | oxumaq |
دوست داشتن | dust daştən | sevmək |
شکستن | şekəstən | sındırmaq |
لیوان | livan | stəkan |
زندگی | zendegi | həyat |
Comments
Post a Comment