Skip to main content

Sadə cümlələr

Farsca sadə cümlələr qura bilmək üçün başlıca olaraq iki şeyi bilməliyik: şəxs əvəzlikləri və həst(هست) hissəciyidir. Şəxs əvəzlikləri aşağıdakı kimidir:

YazılışOxunuşMəna
منmənmən
توtosən
اوuo
ویveyo
ماmabiz
شماşomasiz
آنهاanhaonlar
ایشانişanonlar

Bu əvəzliklər cədvəli üçün bir vacib qeyd var ki, 3-cü şəxsin təki və cəmindəki "vey" və "işan" əvəzlikləri rəsmi dildə və yalnız insanlar üçün işlədilir.

"Həst" hissəciyi "Mən müəlliməm", "Sən həkimsən" tipində ismi cümlələr qurmaq üçün işlədilir. Əgər İngilis dili ilə tanışsınızsa, bu həmin dildəki "to be" feili ilə eyni funksiyanı icra edir. "Həst" hissəciyini cümlədə işlədə bilmək üçün Fars dilinin şəxs sonluqları ilə tanış olmalısınız:
təkcəm
I şəxsـمəmـیمim
II şəxsـیiـیدid
III şəxs--اندənd

Bu dərsdə verilən materialla yaxşıca tanış olduqdan sonra növbəti dərsə başlaya bilərsiniz.

Comments