Skip to main content

Posts

Fars danışıq dili 1

Fars dilində ədəbi və danışıq dili bir-birindən müəyyən qədər fərqlənir. Fars danışıq dili Tehran ləhcəsi əsasında formalaşmışdır. Danışıq dili insanlar öz aralarında söhbətləşərkən, mahnılarda, televiziya və mətbuatda istifadə olunur. Fars dilində danışarkən iranlılardan fərqlənmək istəmirsinizsə, gərək fars danışıq dilinin qaydalarına əməl edəsiniz. Ən çox qarşımıza çıxan qanunauyğluqları bu dərsdə göstəririk: 1. است [əst] xəbər hissəciyi ه [e] ilə əvəz olunur. Ədəbi dildə Danışıq dilində Tərcüməsi خوب است [xub əst] خوبه [xube] yaxşıdır کیست [kist] کیه [kiye] kimdir درست است [dorost əst] درسته [doroste] düzdür 2. ه [e] ilə bitən sözlərə است [əst] əlavə edildikdə "t" düşür "əs" tələffüz olunur. Ədəbi dildə Danışıq dilində Tərcüməsi در خانه است [dər xane əst] تو خونه اس [tu xunəs] evdədir 3. "n" və "m" samitlərindən əvvəl işlənən "a" səsi "u" səsinə çevrilir.  Ədəbi dild...

Gələcək zaman

Fars dilində də Azərbaycan dilində olduğu kimi qeyri-müəyyən və qəti gələcək zaman mövcuddur. Azərbaycan dilində qeyri-müəyyən gələcək zaman -ar 2 şəkilçisi ilə, qəti gələcək zaman isə -acaq 2 şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən gələcək zamana nümunə: gələrəm, oxuyarsan, danışarsınız. Qəti gələcək zamana nümunə: gələcəksən, oxuyacaqsan, danışacaqsınız. Fars dilində qeyri-müəyyən gələcək zamanın quruluşu indiki zamanın quruluşu ilə eynilik təşkil edir. Bu iki zamanı yalnız cümlə daxilində bir-birində fərqləndirmək olar. Əgər indiki zamanla bağlı dərslərimizi oxusanız, eyni feilin tərcüməsini hər iki zamanda verdiyimizi görə bilərsiniz. Həmin dərslərə keçidlər: İndiki zaman  və  İndiki zaman + idi: gəlirdim, deyirdim . Bu dərsdə qəti gələcək zamanı öyrənəcəyik. Fars dilində qəti gələcək zamanlı cümlələr  خواستن [xastən] - istəmək feilinin köməyi ilə qurulur. Qəti gələcək zaman qurmaq üçün   خواستن [xastən]  feilinin indiki zaman kökü خواه [xah] uyğun şəx...

Əmr şəkli: oxu! gəl bura!

Azərbaycan dilində feilin əmr şəkli məstər şəkilçisini atıb yerinə müvafiq şəxs sonluğu əlavə etməklə alınır: oxumaq - oxu, oxusun, oxuyaq. Amma Fars dilində oxşar qrammatik quruluşu feilin indiki zaman kökünün əvvəlinə "ب" [be] samiti əlavə etməklə düzəldilir: vurmaq zədən زدن Mən vurum/vuram Mən bezənəm من بزنم Sən vur To bezən تو بزن Sən vurasan To bezəni تو بزنی O vursun/vura U bezənəd او بزند Biz vuraq Ma bezanim ما بزنیم Siz vurunuz/vurasınız Şoma bezənid شما بزنید Onlar vursunlar/vuralar Anha bezənənd آنها بزنند qayıtmaq bərgəştən برگشتن qayıt bərgərd برگرد qayıtma bər nəgərd برنگرد Yuxarıdakı nümunələrə baxsaq görərik: Əmr şəklinin inkarını düzəltmək üçün "ب" [be] şəkilçisi "ن" [nə] ilə əvəz olunur. Düzəltmə feillərin əmr şəklini düzəltmək üçün feilə "ب" [be] əlavə etmək lazım deyil, sadəcə indiki zaman kökünü işlətmək kifayətdir. Düzəltmə feillərin əmr ...

İnkar +düzəltmə feillər

Fars dilində düzəltmə feillər feilin əvvəlinə foru, fəra, bər, dər şəkilçilərini əlavə etməklə düzəlir. Adətən bu cür feillərlə feilin kökü arasında əlaqəni tutmaq çətin olur: batmaq, dalmaq forurəftən فرو رفتن getmək rəftən رفتن çağırmaq fəraxandən فراخواندن oxumaq xandən خواندن rastlaşmaq bərxordən برخوردان yemək xordən خوردن çıxartmaq dəravərdən درآوردن gətirmək avərdən آوردن Düzəltmə feillərin indi zaman formasını düzəldərkən "mi" şəkilçisi sözdüzəldi şəkilçi ilə söz arasına girir: Mən Tehrandan qayıdıram Mən əz Tehran bərmigərdəm من از تهران برمی گردم Fars dilində inkar yaratmaq üçün feilin əvvəlinə "ن" samiti artırılır. İndiki zamanda olan feillərdə isə "mi" hissəciyinin önünə artırılır: Mən Tehrandan qayıtmıram Mən əz Tehran bərnemigərdəm من از تهران برنمی گردم O məni görmədi U məra nədid او مرا ندید Ürəyim nəsə yemək istəmir Deləm nemixahəd çizi bexorəd دلم نمی خواهد از خانه بیرون برود Sən hələ ev tapşırığını bitirməy...

-mış, -ıb: gəlmiş, gəlib

Azərbaycan dilində feilində kökünə -mış 4 və ya -ıb 4 şəkilçilərini əlavə edərək feilin nəqli keçmiş zamanını yaradırıq. Bunun Fars dilində qarşılığı feilin sonundan "ن" hərfini atıb "ه" əlavə etməklə düzəldilir. Bu üsulla təkcə feilin nəqli keçmişi deyil həm də  feili sifətlər düzəldilir. Mən yaz mış am Mən neveşt e əm من نوشته ام Sən yaz ıb san/yaz mış san To neveşt e i تو نوشته ای O yazıb/yazmışdır U neveşte əst او نوشته است Biz yazmışıq Ma neveşteim ما نوشته ایم Siz yazıbsınız/yazmışsınız Şoma neveşteid شما نوشته اید Onlar yazıblar/yazmışlar Anha neveşteənd آنها نوشته اند Feili sifət kimi işlənmə: sınmış qələm ğələm-e şekəste قلم شکسته keçmiş/keçən günlər ruzha-ye qozəşte روزهای گذشته oturmuş/oturan kişi mərd-e neşeste مرد نشسته Başqa nümunələr: Dünən sizə gəlmişdim Diruz be xane-ye şoma aməde budəm دیروز به خانه شما آمده بودم Deyilmiş sözlər həqiqət idi Hərfha-ye qofte vağei bud حرفها گفته واقعی بود Çox işləməkdən yorulu...

İndiki zaman + idi: gəlirdim, deyirdim

Bizim dilimizdə indiki zamanın hekayəti adlandırğımız bu qrammatik quruluşu Fars dilçiliyində bitməmiş keçmiş zaman adlandırırlar. Azərbaycan dilində bu [quruluşu indiki zaman + idi] düsturu ilə qururlar fars dilində isə [mi + keçmiş zaman] düsturu ilə. Mən gedirdim/gedərdim Mən mirəftəm من می رفتم Sən gedirdin/gedərdin To mirəfti تو می رفتی O gedirdi/gedərdi U mirəft او می رفت Biz gedirdik/gedərdik Ma mirəftim ما میرفتیم Siz gedirdiniz/gedərdiniz Şoma mirəftid شما می رفتید Onlar gedirdilər/gedərdilər Anha mirəftənd آنها می رفتند Fikir verdiyiniz kimi Fars dilindəki eyni quruluş Azərbaycan dilində iki mənaya tərcümə olunur: gəlirdim və gələrdim. Biz hər il dəniz kənarına gedərdik Ma hər sal be kenar-e dərya mirəftim ما هر سال به کنار دریا می رفتیم Ana m mənim üçün nağıl oxuyurdu Madər əm bəra yəm dastan mixand مادرم برایم داستان می خواند Onlar həyətdə söhbət edirdilər Anha dər həyat sohbət mikərdənd آنها در حیاط صحبت می کردند

İdi hissəciyi

Bud [بود] hissəciyi Azərbaycan dilinə "idi" kimi tərcümə olunur. Bu hissəcik həst[هست]/əst[است] hissəciyinin keçmiş zamanıdır. Bud hissəciyi də eynilə həst/əst hissəciyinin qəbul etdiyi şəxs sonluqlarını qəbul edərək cümlədə işlənir. Şəxs sonluqlarını xatırlamaq üçün Sadə cümlələr dərsinə nəzər salın. Mən həkim idim Mən pezeşk budəm من پزشک بودم Sən həkim idin To pezeşk budi تو پزشک بودی O həkim idi U pezeşk bud و پزشک بود Biz həkim idik Ma pezeşk budim ما پزش بودیم Siz həkim idiniz Şoma pezeşk budid شما پزشک بودید Onlar həkim idilər Anha pezeşk budənd آنها پزشک بودند İnkar Fars dilində inkar yaratmaq üçün ümumi olaraq "nə" [ن] inkar önşəkilçisini tətbiq edirlər. Belə ki, bud [بود]  hissəciyi  nəbud [نبود] olacaq və "deyil idi/deyildi" mənasını verəcək. Mən həkim deyil idim Mən pezeşk nəbudəm من پزشک نبودم Sən həkim deyil idin To pezeşk nəbudi تو پزشک نبودی O həkim deyil idi U pezeşk nəbud و پزشک نبود Biz həkim d...