Skip to main content

Fars danışıq dili 1

Fars dilində ədəbi və danışıq dili bir-birindən müəyyən qədər fərqlənir. Fars danışıq dili Tehran ləhcəsi əsasında formalaşmışdır. Danışıq dili insanlar öz aralarında söhbətləşərkən, mahnılarda, televiziya və mətbuatda istifadə olunur. Fars dilində danışarkən iranlılardan fərqlənmək istəmirsinizsə, gərək fars danışıq dilinin qaydalarına əməl edəsiniz. Ən çox qarşımıza çıxan qanunauyğluqları bu dərsdə göstəririk:
1. است [əst] xəbər hissəciyi ه [e] ilə əvəz olunur.
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
خوب است [xub əst]خوبه [xube]yaxşıdır
کیست [kist]کیه [kiye]kimdir
درست است [dorost əst]درسته [doroste]düzdür
2. ه [e] ilə bitən sözlərə است [əst] əlavə edildikdə "t" düşür "əs" tələffüz olunur.
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
در خانه است [dər xane əst]تو خونه اس [tu xunəs]evdədir
3. "n" və "m" samitlərindən əvvəl işlənən "a" səsi "u" səsinə çevrilir. 
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
جان [can]جون [cun]can
باران [baran]بارون [barun]yağış
آرام [aram]آروم [arum]aram
می دانم [midanəm]میدونم [midunəm]bilirəm
4. هم [həm] sözü danışıq dilində adətən "h" səsinin düşməsilə özündən əvvəlki sözə birləşərək işlənir.
 
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
من هم [mən həm]منم [mənəm]mən də
باز هم [baz həm]بازم [bazəm]yenə də
هنوز هم [hənuz həm]هنوزم [hənuzəm]hələ də
5. Fars danışıq dilində bəzi şəxs sonluqları aşağıdakı kimi dəyişir:
  • Üçüncü şəxsin təki: ـد [əd] => ه [e]
  • İkinci şəxsin cəmi: ـید [id] => ـین [in]
  • Üçüncü şəxsin cəmi: ـند [ənd] => ـن [ən] (Qeyd: vurğu da əvvəlki hecaya keçir)
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
می نویسد [minevisəd]مینویسه [minevise]yazır
می نویسید [minevisid]مینویسین [minevisin]yazırsınız
می نویسند [minevisənd]مینویسن [minevisən]yazırlar
دارد [darəd]داره [dare]varıdır
دارید [darid]دارین [darin]varınızdır
دارند [darənd]دارن [darən]varlarıdır
6. را [ra] qoşması saitlə bitən sözdən sonra رو [ro], samitlə bitən sözdən sonra و [o] şəklini alır.
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
تو را خدا [to ra xoda]تو رو خدا [to ro xoda]Sən Allah!
من را [mən ra]منو [məno]məni
صدایم را [sedayəm ra]صدامو [sedamo]səsimi
خانه ام را [xaneəm ra]خونه ام رو [xunəmo]evimi
7. "Üçün" - برا [bəra] qoşması ilə yanaşı واسه [vase] qoşması da işlənir.  
8. با [ba] qoşması şəxs əvəzlikləri ilə işləndikdə danışıq dilində aşağıdakı kimi dəyişmələr baş verir:
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
با من [ba mən]باهام [baham]mənimlə
با تو [ba to]باهات [bahat]səninlə
با او [ba u]باهاش [bahaş]onunla
با ما [ba ma]باهمون [bahamun]bizimlə
با شما [ba şoma]باهاتون [bahatun]sizinlə
با آنها [ba anha]باهاشون [bahaşun]onlarla
9. به [be] qoşması şəxs əvəzlikləri ilə işləndikdə danışıq dilində aşağıdakı kimi dəyişmələr baş verir:
Ədəbi dildəDanışıq dilindəTərcüməsi
به من [be mən]بهم [behem]mənə
به تو [be to]بهت [behet]sənə
به او [be u]بهش [beheş]ona
به ما [be ma]بهمون [behemun]bizə
به شما [be şoma]بهتون [behetun]sizə
به آنها [be anha]بهشون [beheşun]onlara

Comments