Bizim dilimizdə indiki zamanın hekayəti adlandırğımız bu qrammatik quruluşu Fars dilçiliyində bitməmiş keçmiş zaman adlandırırlar. Azərbaycan dilində bu [quruluşu indiki zaman + idi] düsturu ilə qururlar fars dilində isə [mi + keçmiş zaman] düsturu ilə. Mən gedirdim/gedərdim Mən mirəftəm من می رفتم Sən gedirdin/gedərdin To mirəfti تو می رفتی O gedirdi/gedərdi U mirəft او می رفت Biz gedirdik/gedərdik Ma mirəftim ما میرفتیم Siz gedirdiniz/gedərdiniz Şoma mirəftid شما می رفتید Onlar gedirdilər/gedərdilər Anha mirəftənd آنها می رفتند Fikir verdiyiniz kimi Fars dilindəki eyni quruluş Azərbaycan dilində iki mənaya tərcümə olunur: gəlirdim və gələrdim. Biz hər il dəniz kənarına gedərdik Ma hər sal be kenar-e dərya mirəftim ما هر سال به کنار دریا می رفتیم Ana m mənim üçün nağıl oxuyurdu Madər əm bəra yəm dastan mixand مادرم برایم داستان می خواند Onlar həyətdə söhbət edirdilər Anha dər həyat sohbət mikərdənd آنها در حیاط صحبت می کردند
Fars dilini bizimlə öyrənin