Skip to main content

Posts

Showing posts from July, 2018

Qoşmalar - Dər, Əz, Be, Ba, Ra

Daha əvvəl öyrəndik ki, Fars dilində yiyəlik hal və mənsubiyyət izafələrin köməkliyi ilə yaranır. Bu dildə yönlük, yerlik, çıxışlıq və təsirlik hallar qoşmaların köməkliyi ilə yaranır və bu qoşmalar sözə  birləşmədən yazılır. Dərsin adında da verilmiş bu qoşmalardan birinci dördü (dər, əz, be, ba) aid olduqları sözdən əvvəl, sonuncusu (ra) isə aid olduğu sözdən sonra yazılır. Dər (در) qoşması Dər qoşması özündən sonra gələn sözə yerlik hal mənası qatır. Azərbaycan dilində dər qoşmasının qarşılığı "-da, -də" yerlik hal şəkilçiləri ola bilər. من الان در باکو هستم  mən əlan dər baku həstəm  Mən indi Bakı da yam علی در خانه خود مند  əli dər xane ye xod mand  Əli öz ev in də qaldı Əz (از) qoşması Əz qoşması özündən sonra gələn sözü çıxışlıq hala salır və Azərbaycan dilində qarşılığı "-dan,-dən" çıxışlıq hal şəkilçiləri ola bilər. کریم از خانه بیرون رفت  kərim əz xane birun rəft  Kərim ev dən çıxdı برادر من از سفر برگشت ...

Feillər - Keçmiş zaman

Fars dilində feillərin lüğət forması (məsdər) nun (ن) hərfi ilə bitir. Əgər biz bu hərfi yazıdan silsək həmin feil üçüncü şəxsin təkində keçmiş zaman ifadə edir. Məsələn: رفتن (rəftən) feilindən nun hərfini silsək, o, رفت (rəft) şəklinə düşəcək və "getdi" mənasını verəcək. İndi isə "rəftən" feilin şəxs əvəzlikləri ilə birgə işlənməsini nəzərdən keçirək: من رفتم  Mən rəftəm  Mən getdim تو رفتی  To rəfti  Sən getdin او رفت  U rəft  O getdi ما رفتیم  Ma rəftim  Biz getdik شما رفتید  Şoma rəftid  Siz getdiniz آنها رفتند  Anha rəftənd  Onlar getdilər Hər iki dildə verilmiş nümunələri müqayisə edib görə bilərik ki, Fars dilində sadəcə "ن" hərfini atmaqla keçmiş zaman düzəldə bildik, amma Azərbaycan dilində "mək" məsdər əlamətini atmaq feilin keçmiş zamanı yox əmr şəkli yaranır. Yalnız "-dı 4 " keçmiş zaman şəkilçisin artırdıqdan sonra keçmiş zaman şəklini ala bilirik. Verilmiş fərqlə yanaşı hər iki dildə ortaq xüsusiyy...

İzafə - Yiyəlik hal və Sifətlərin işlənməsi

İzafə Fars dilində çox mühüm yer tutur. Belə ki, əgər Fars dilində yiyəlik-mənsubiyyət əlaqəsi (yiyəlik hal) və həmçinin sadə yanaşma əlaqəsi (sifət+isim) yaratmaq istəyirsinizsə, mütləq izafəyə müraciət etməli olacaqsınız. Mənsubiyyətin ifadəsi Azərbaycan dilində təqdim edəcəyimiz quruluşa ikinci və üçüncü növ təyini söz birləşmələri daxildir. Bu cür söz birləşmələrində iki tərəf olur. Bir tərəf sahib, digər tərəf isə onun sahib olduğu şeyi ifadə edir. Məsəl üçün, "Şagirdin gündəliyi" sözü birləşməsində "şagir" sahibdir, "gündəlik" isə onun sahib olduğu əşyasıdır. Burda bir şəxsin hansısa bir əşyanın sahib olması vacib deyil, əsas bir şeyin digər şeyə aid olmasıdır: "Dənizin sahili", "məktəb direktoru", "evin xanımı", "taleyin oyunları" və s. İndi burda fikir veməli olduğumuz bir məsələ var, Azərbaycan dilində sahiblik bildirən söz birləşmənin birinci tərəfində, onun sahib olduğu şey isə ikinci tərəfində gəlir...

Sadə cümlələlər 2

Əvvəlki dərsdə Fars dilinin şəxs əvəzlikləri və onların hər birinə uyğun şəxs sonluqları ilə tanış oldunuz. İndi isə cümlə qurmağa başlaya bilərik: Mən tələbə yəm Mən daneşcu həstəm من دانشجو هستم Sən tələbəsən To daneşcu həsti تو دانشجو هستی O tələbədir O daneşcu əst او دانشجو است Biz tələbəyik Ma daneşcu həstim ما دانشجو هستیم Siz tələbəsiniz Şoma daneşcu həstid شما دانشجو هستید Onlar tələbədirlər Anha daneşcu həstənd آنها دانشجو هستند Biz dostuq Ma dust həstim ما دوست هستیم Onlar şaddırlar Anha xoşhal həstənd آنها خوشحال هستند Sən gözəlsən To ziba həsti تو زیبا هستی Siz haradasınız? Şoma koja həstid? شما کجا هستید؟ O ağac çox hündür dür An derəxt xeyli bolənd əst ان درخت خیلی بلند است Sizinlə yuxarıdakı nümunəni araşdırsaq görə bilərik ki, Fars və Azərbaycan dillərində cümlədə söz sırası eynidir Hər iki dildə xəbərə mənsubiyyət şəkilçiləri əlavə olunub (yaşıl rəngdə) Fars dilində fərqli olaraq şəxs sonluqları...

Sadə cümlələr

Farsca sadə cümlələr qura bilmək üçün başlıca olaraq iki şeyi bilməliyik: şəxs əvəzlikləri və həst(هست) hissəciyidir. Şəxs əvəzlikləri aşağıdakı kimidir: Yazılış Oxunuş Məna من mən mən تو to sən او u o وی vey o ما ma biz شما şoma siz آنها anha onlar ایشان işan onlar Bu əvəzliklər cədvəli üçün bir vacib qeyd var ki, 3-cü şəxsin təki və cəmindəki "vey" və "işan" əvəzlikləri rəsmi dildə və yalnız insanlar üçün işlədilir. "Həst" hissəciyi "Mən müəlliməm", "Sən həkimsən" tipində ismi cümlələr qurmaq üçün işlədilir. Əgər İngilis dili ilə tanışsınızsa, bu həmin dildəki "to be" feili ilə eyni funksiyanı icra edir. "Həst" hissəciyini cümlədə işlədə bilmək üçün Fars dilinin şəxs sonluqları ilə tanış olmalısınız: tək cəm I şəxs ـم əm ـیم im II şəxs ـی i ـید id III şəxs - - اند ənd Bu dərsdə verilən materialla yaxşıca tanış olduqdan sonra növbəti dərsə başlaya bilərsiniz.

Əlifba - İKİNCİ HİSSƏ

Əvvəlki dərsdə əlifba ilə ümumi tanışlıq və hərflərin səs qarşılığı verilmişdi. Bu dərsdə isə bəzi yazıb oxuma qaydaları və bir neçə səsə qarşılıq verən hərflərin nə vaxt hansı səsə malik olmasını qeyd edəcəyik. Aşağıda ən ümumi qaydalar qeyd edilib: Fars dilində sözlər Ərəb əlifbasının qaydasına uyğun olaraq bizim əksimizə sağdan sola yazılır. a, u və i həmişə uzun tələffüz olunur və yazıda hərflə göstərilir. ə, o və e isə qısa tələffüz olunur və yalnız sözün əvvəlində gəldikdə müxtəlif hərflərlə göstərilir. E hərfi ilə başlayan sözlər Fars dilinə keçmiş Ərəb sözləridir və "papaqsız" əlif hərfi ilə göstərilir. "Papaqsız" əlif (ا)sözün əvvəlində gəlsə, Fars mənşəli sözlərdə "ə", Ərəb mənşəli sözlərdə adətən "e" səsini verir, amma sözün ortasında yazılanda "a" səsinə uyğun gəlir. "Papaqlı" əlif (آ)isə həmişə sözün əvvəlində gəlir və "a" səsinə qarşılıq verir. Ye (ی) hərfi iki samit arasında gələndə i oxunur, am...