Skip to main content

Posts

Showing posts from July, 2020

Əmr şəkli: oxu! gəl bura!

Azərbaycan dilində feilin əmr şəkli məstər şəkilçisini atıb yerinə müvafiq şəxs sonluğu əlavə etməklə alınır: oxumaq - oxu, oxusun, oxuyaq. Amma Fars dilində oxşar qrammatik quruluşu feilin indiki zaman kökünün əvvəlinə "ب" [be] samiti əlavə etməklə düzəldilir: vurmaq zədən زدن Mən vurum/vuram Mən bezənəm من بزنم Sən vur To bezən تو بزن Sən vurasan To bezəni تو بزنی O vursun/vura U bezənəd او بزند Biz vuraq Ma bezanim ما بزنیم Siz vurunuz/vurasınız Şoma bezənid شما بزنید Onlar vursunlar/vuralar Anha bezənənd آنها بزنند qayıtmaq bərgəştən برگشتن qayıt bərgərd برگرد qayıtma bər nəgərd برنگرد Yuxarıdakı nümunələrə baxsaq görərik: Əmr şəklinin inkarını düzəltmək üçün "ب" [be] şəkilçisi "ن" [nə] ilə əvəz olunur. Düzəltmə feillərin əmr şəklini düzəltmək üçün feilə "ب" [be] əlavə etmək lazım deyil, sadəcə indiki zaman kökünü işlətmək kifayətdir. Düzəltmə feillərin əmr ...

İnkar +düzəltmə feillər

Fars dilində düzəltmə feillər feilin əvvəlinə foru, fəra, bər, dər şəkilçilərini əlavə etməklə düzəlir. Adətən bu cür feillərlə feilin kökü arasında əlaqəni tutmaq çətin olur: batmaq, dalmaq forurəftən فرو رفتن getmək rəftən رفتن çağırmaq fəraxandən فراخواندن oxumaq xandən خواندن rastlaşmaq bərxordən برخوردان yemək xordən خوردن çıxartmaq dəravərdən درآوردن gətirmək avərdən آوردن Düzəltmə feillərin indi zaman formasını düzəldərkən "mi" şəkilçisi sözdüzəldi şəkilçi ilə söz arasına girir: Mən Tehrandan qayıdıram Mən əz Tehran bərmigərdəm من از تهران برمی گردم Fars dilində inkar yaratmaq üçün feilin əvvəlinə "ن" samiti artırılır. İndiki zamanda olan feillərdə isə "mi" hissəciyinin önünə artırılır: Mən Tehrandan qayıtmıram Mən əz Tehran bərnemigərdəm من از تهران برنمی گردم O məni görmədi U məra nədid او مرا ندید Ürəyim nəsə yemək istəmir Deləm nemixahəd çizi bexorəd دلم نمی خواهد از خانه بیرون برود Sən hələ ev tapşırığını bitirməy...

-mış, -ıb: gəlmiş, gəlib

Azərbaycan dilində feilində kökünə -mış 4 və ya -ıb 4 şəkilçilərini əlavə edərək feilin nəqli keçmiş zamanını yaradırıq. Bunun Fars dilində qarşılığı feilin sonundan "ن" hərfini atıb "ه" əlavə etməklə düzəldilir. Bu üsulla təkcə feilin nəqli keçmişi deyil həm də  feili sifətlər düzəldilir. Mən yaz mış am Mən neveşt e əm من نوشته ام Sən yaz ıb san/yaz mış san To neveşt e i تو نوشته ای O yazıb/yazmışdır U neveşte əst او نوشته است Biz yazmışıq Ma neveşteim ما نوشته ایم Siz yazıbsınız/yazmışsınız Şoma neveşteid شما نوشته اید Onlar yazıblar/yazmışlar Anha neveşteənd آنها نوشته اند Feili sifət kimi işlənmə: sınmış qələm ğələm-e şekəste قلم شکسته keçmiş/keçən günlər ruzha-ye qozəşte روزهای گذشته oturmuş/oturan kişi mərd-e neşeste مرد نشسته Başqa nümunələr: Dünən sizə gəlmişdim Diruz be xane-ye şoma aməde budəm دیروز به خانه شما آمده بودم Deyilmiş sözlər həqiqət idi Hərfha-ye qofte vağei bud حرفها گفته واقعی بود Çox işləməkdən yorulu...