Skip to main content

Əlifba

Fars dilində yazı üçün Ərəb əlifbasından istifadə edilir. Lakin Fars dilində olub, amma Ərəb dilində olmayan bir necə hərf də Ərəb əlifabsına dəyişiklik edərək istifadə üçün uyğunlaşdırılmışdır. Həmin bu hərflər "j", "p" və "ç" hərfləridir. Əvvəlki yazıda da qeyd edildiyi kimi, Fars dilində olan bütün səslər Azərbaycan dilində də var, lakin Azərbaycan dilində olan "ö", "ü", "ı" səsləri fars dilində yoxdur.
Ərəb əlifbasında bəzi hərflər özünə həm sağdan, həm də soldan hərflər birləşməsinə imkan verir, bəzi hərflər isə özündən sonra hərf yazmağa icazə vermir. Buna uyğun olaraq, hərflərin başda, sonda, ortada və tənha yazılış formaları var. Aşağıdakı cədvəldə hərflərin yazılış şəkilləri və onların Fars dilində ifadə etdiyi səslər verilmişdir:

Hərfin adıHərflərin yazılışıİfadə etdiyi səs
TənhaBaşdaOrtadaSonda
Əlif آ və ya ا ـا ə, a
be ب بـ ـبـ ـب b
pe پ پـ ـپـ ـپ p
te ت تـ ـتـ ـت t
se ث ثـ ـثـ ـث s
cim ج جـ ـجـ ـج c
çe چ چـ ـچـ ـچ ç
ha ح حـ ـحـ ـح h
xe خ خـ ـخـ ـخ x
dal د ـد d
zal ذ ـذ z
re ر ـر r
ze ز ـز z
je ژ ـژ j
sin س سـ ـسـ ـس s
şin ش شـ ـشـ ـش ş
sad ص صـ ـصـ ـص s
zad ض ضـ ـضـ ـض z
ta ط طـ ـطـ ـط t
za ظ ظـ ـظـ ـظ t
əyn ع عـ ـعـ ـع ə, e, o
ğəyn غ غـ ـغـ ـغ ğ
fe ف فـ ـفـ ـف f
qaf ق قـ ـقـ ـق q, ğ
kaf ک کـ ـکـ ـک k, k'
gaf گ گـ ـگـ ـگ g, q
lam ل لـ ـلـ ـل l
mim م مـ ـمـ ـم m
nun ن نـ ـنـ ـن n
vav و ــو u, v
he ه هـ ـهـ ـه h, e
ye ی یـ ـیـ ـی y, i

Bu dərsdə əlifba haqqında ən ümumi məlumatlar verildi. Bu əlifbanı necə istifadə etməyi isə növbəti dərsdə oxuya bilərsiniz: Farsca sözlərin oxunması

Comments

  1. Menim fikirimcə Ereb dilini bilen insan farsın artiq 50%-ni bilir qalan 50% -i üçünde biraz öz uzerinda işletmek lazimdir.Men erebi bilirem ve son bu pandemiya dövrunde Fars in uzerinda işliyirem.Allah elm öyrenmek istesen herkes in yolunda zehnində açiq etsin...

    ReplyDelete
    Replies
    1. Amin Ya Rabbil Alemin Allah razi olsun cumlemizin

      Delete
  2. Allah razi olsun proqrami yaratdiginiz ucun

    ReplyDelete
  3. Herflerde sesli olsaydi daha bir yaxşi olardi amma yenede çox gözəl bir programdi.Allah razi olsun

    ReplyDelete
  4. Çox gözəl proqramdı Allah köməyiniz olsun amma yaddaşım çox zəifdir kim mənə kömək edib online öyrədə bilər?

    ReplyDelete
    Replies
    1. Əssalamu Aleykum və Rahmətullah,mən sizə online şəkildə öyrədə bilərəm.

      Delete
  5. Çox gözəl proqramdı Allah köməyiniz olsun amma yaddaşım çox zəifdir kim mənə kömək edib online öyrədə bilər?

    ReplyDelete
    Replies
    1. Raqif müəllim vatsap üzərindən dərslər keçir. İstəsəz buyurun +994 50 665 24 67

      Delete
  6. Salamun aleykum Allahin Salami olsun Her kese Insallah Bu Gozel Proqrami Zehmeti olan Keslerden Allah Razi olsun Cox gozel Proqramdir masallah Men Cox isterdim Fars dili Derslerine Whatsapp vasitesi ile qosulam Kim komek ede biler

    ReplyDelete
    Replies
    1. Salam. Raqif müəllim vatsap üzərindən dərslər keçir. Buyurun: +994 50 665 24 67

      Delete

Post a Comment