Fars dilində ədəbi və danışıq dili bir-birindən müəyyən qədər fərqlənir. Fars danışıq dili Tehran ləhcəsi əsasında formalaşmışdır. Danışıq dili insanlar öz aralarında söhbətləşərkən, mahnılarda, televiziya və mətbuatda istifadə olunur. Fars dilində danışarkən iranlılardan fərqlənmək istəmirsinizsə, gərək fars danışıq dilinin qaydalarına əməl edəsiniz. Ən çox qarşımıza çıxan qanunauyğluqları bu dərsdə göstəririk: 1. است [əst] xəbər hissəciyi ه [e] ilə əvəz olunur. Ədəbi dildə Danışıq dilində Tərcüməsi خوب است [xub əst] خوبه [xube] yaxşıdır کیست [kist] کیه [kiye] kimdir درست است [dorost əst] درسته [doroste] düzdür 2. ه [e] ilə bitən sözlərə است [əst] əlavə edildikdə "t" düşür "əs" tələffüz olunur. Ədəbi dildə Danışıq dilində Tərcüməsi در خانه است [dər xane əst] تو خونه اس [tu xunəs] evdədir 3. "n" və "m" samitlərindən əvvəl işlənən "a" səsi "u" səsinə çevrilir. Ədəbi dild...
Fars dilini bizimlə öyrənin