Fars dilində də Azərbaycan dilində olduğu kimi qeyri-müəyyən və qəti gələcək zaman mövcuddur. Azərbaycan dilində qeyri-müəyyən gələcək zaman -ar 2 şəkilçisi ilə, qəti gələcək zaman isə -acaq 2 şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən gələcək zamana nümunə: gələrəm, oxuyarsan, danışarsınız. Qəti gələcək zamana nümunə: gələcəksən, oxuyacaqsan, danışacaqsınız. Fars dilində qeyri-müəyyən gələcək zamanın quruluşu indiki zamanın quruluşu ilə eynilik təşkil edir. Bu iki zamanı yalnız cümlə daxilində bir-birində fərqləndirmək olar. Əgər indiki zamanla bağlı dərslərimizi oxusanız, eyni feilin tərcüməsini hər iki zamanda verdiyimizi görə bilərsiniz. Həmin dərslərə keçidlər: İndiki zaman və İndiki zaman + idi: gəlirdim, deyirdim . Bu dərsdə qəti gələcək zamanı öyrənəcəyik. Fars dilində qəti gələcək zamanlı cümlələr خواستن [xastən] - istəmək feilinin köməyi ilə qurulur. Qəti gələcək zaman qurmaq üçün خواستن [xastən] feilinin indiki zaman kökü خواه [xah] uyğun şəx...
Fars dilini bizimlə öyrənin