Fars dilində yazı üçün Ərəb əlifbasından istifadə edilir. Lakin Fars dilində olub, amma Ərəb dilində olmayan bir necə hərf də Ərəb əlifabsına dəyişiklik edərək istifadə üçün uyğunlaşdırılmışdır. Həmin bu hərflər "j", "p" və "ç" hərfləridir. Əvvəlki yazıda da qeyd edildiyi kimi, Fars dilində olan bütün səslər Azərbaycan dilində də var, lakin Azərbaycan dilində olan "ö", "ü", "ı" səsləri fars dilində yoxdur. Ərəb əlifbasında bəzi hərflər özünə həm sağdan, həm də soldan hərflər birləşməsinə imkan verir, bəzi hərflər isə özündən sonra hərf yazmağa icazə vermir. Buna uyğun olaraq, hərflərin başda, sonda, ortada və tənha yazılış formaları var. Aşağıdakı cədvəldə hərflərin yazılış şəkilləri və onların Fars dilində ifadə etdiyi səslər verilmişdir: Hərfin adı Hərflərin yazılışı İfadə etdiyi səs Tənha Başda Ortada Sonda Əlif آ və ya ا ـا ə, a be ب بـ ـبـ ـب b pe پ پـ ـپـ ـپ p te ت تـ ـتـ ـت t ...
Fars dilini bizimlə öyrənin